Ağstafa istiqamətdə əlavə qatarlar təyin edildi

12:42 - 4 Fevral 2026 - ÖLKƏ İÇİ

"Azərbaycan Dəmir Yolları" QSC (ADY) artan sərnişin tələbatını təmin etmək məqsədilə 7 və 8 fevral tarixlərində Bakı-Ağstafa-Bakı istiqamətində əlavə qatar reysləri təyin edib.

Ucnoqta.az xəbər verir ki, bu barədə ADY-dən məlumat verilib.

Bildirilib ki, eyni zamanda, bu istiqamətlər üzrə gündəlik Bakı-Qazax-Bakı marşrutu ilə də səfər etmək mümkündür.

Qeyd olunub ki, biletləri dəmiryol kassalarından, ADY-nin rəsmi saytından və ya "ADY Mobile" tətbiqindən əldə etmək olar.

Xəbər xətti