Makron Putinlə təmas qurmaq istəyir

16:13 - 3 Fevral 2026 - DÜNYA

Fransa Prezidenti Emmanuel Makron Rusiya Prezidenti Vladimir Putinlə söhbət üçün texniki səviyyədə hazırlıqların aparıldığını bildirib.

Ucnoqta.az xəbər verir ki, o, bu barədə jurnalistlərə bildirib.
Makron qeyd edib ki, Avropa tərəfdaşları və Ukrayna prezidenti Volodimir Zelenski ilə də məsləhətləşmələr aparılır.

Fransa Prezidenti həmçinin Kiyev üçün təhlükəsizlik zəmanətlərinin hazırlanması çərçivəsində Ukrayna münaqişəsinə sözdə "könüllülər koalisiyası" vasitəsilə son qoymaq üçün gələcək müzakirələrə hazırlıqların aparıldığını açıqlayıb.

Xəbər xətti