Ukrayna prezidenti Volodimir Zelenski Ukraynanın Kubadakı fövqəladə və səlahiyyətli səfirini vəzifəsindən azad edib.
Ucnoqta.az xəbər verir ki, bu, Zelenskinin saytında dərc olunmuş fərmanda deyilir.
2025-ci ilin oktyabr ayının sonunda Ukraynanın xarici işlər naziri Andrey Sibiqa ölkənin Havanadakı səfirliyinin bağlanması və Respublika ilə diplomatik münasibətlərin səviyyəsinin aşağı salınması qərarını elan etmişdi.