Lənkəranda ikimərtəbəli ev yandı - ev sahibi öldü

09:27 - 2 Fevral 2026 - ÖLKƏ İÇİ

Lənkəranda fərdi yaşayış evində yanğın olub.

Ucnoqta.az xəbər verir ki, hadisə rayonunun Aşağı Nüvədi kəndi ərazisində qeydə alınıb. 

Belə ki, kənd sakini 1981-ci il təvəllüdlü Rəfi Firdovsi oğlu Rəhimova məxsus ümumi sahəsi 400 kvadratmetr olan 2 mərtəbəli evdə yanğın olub. 

Hadisə yerinə FHN-nin Lənkəran yanğından mühafizə hissəsinin 2 texnikası və canlı qüvvəsi cəlb olunub. Aparılan kəşfiyyat zamanı ev sahibi R.Rəhimovun meyiti aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

Xəbər xətti