Şagird məktəbdə müəllimi güllələdi

10:45 - 6 Fevral 2026 - HADİSƏ

Xəbər verdiyimiz kimi, Bakıda yerləşən İdrak Liseyində silahlı insident baş verib. 

Ucnoqta.az xəbər verir ki, liseyin rəhbəri Mönsüm Alışov "Unikal"a açıqlamasında hadisənin səbəbini deyib:

"Şagird ov tüfəngini liseyə məktəb çantasında gətirib. Hadisə ehtiyatsızlıqdan baş verib", - deyə o əlavə edib.

Hadisə Binəqədi rayonu ərazisindəki təhsil müəssisəsində qeydə alınıb.

Bildirilib ki, 10-cu sinif şagirdi müəllimə silahdan atəş açıb.

Dərhal xəstəxanaya çatdırılan müəllimin vəziyyətinin ağır olduğu bildirilir.///unikal

Xəbər xətti