88 yaşlı qadın platonik sevgisi ilə 70 ildən sonra evlənib

00:48 - 22 May 2024 - Cəmiyyət

Sosial media günlərdir Eleyn Hall - Roland Passaro cütlüyündən danışır. 

Ucnoqta.az xəbər verir ki, yaşlı cütlük uzun illərdən sonra bir-birlərini ilk görəndə aralarında qığılcım olduğunu deyib. O, övladlarının, nəvələrinin və nəticələrinin iştirak etdiyi toyda ailə qurub.

1950-ci illərdə orta məktəbdə sinif yoldaşları olan Eleyn Hall və Roland Passaronun hekayəsi eşidənləri təəccübləndirib. 2003-cü ildə lisey siniflərinin 50-ci ildönümündə yenidən bir araya gələn cütlük mart ayında ailə qurub.

Passaro orta məktəbi bitirdikdən illər sonra evlənib. Uşaqları olub, peşəkar beysbol oynayıb və daha sonra Mayami hava yollarından birində işləyib. Evləndikdən sonra boşanaraq üç övladını böyüdüb.

"Roland bacardığı qədər yaraşıqlı idi, ulduz aktyor idi və bütün qızlar ondan xoşlanırdı. Amma o, məndən xoşu gəlirdi. Bu da gözəl idi" - Hall deyib.
20 ildən sonra həyatlarını birləşdirən cütlüyün "eşq" hekayəsi sosial mediada trend mövzusuna çevrilib.

Xəbər xətti