Küveytə dron hücumu olub

00:02 - 10 Aprel 2026 - DÜNYA

Küveytin hava hücumundan müdafiə sistemləri əmirliyin hava məkanına daxil olan bir neçə silahlı dronla mübarizə aparmaq üçün işə salınıb.

Ucnoqta.az xəbər verir ki, Küveyt Müdafiə Nazirliyi bu barədə məlumat verib.

Nazirliyin məlumatına görə, ölkənin hava hücumundan müdafiə qüvvələri Küveyt daxilində bir neçə vacib obyekti hədəf alan dron hücumlarını dəf edib.

Nazirlik dronların mənşəyini dəqiqləşdirməyib və ya dəf etmənin effektivliyi barədə məlumat verməyib.

Xəbər xətti