Toni Kroos yayda karyerasını başa vuracaq

15:01 - 21 May 2024 - İDMAN

Almaniya millisinin və İspaniyanın "Real Madrid" futbol klubunun yarımmüdafiəçisi Toni Kroos bu yay peşəkar karyerasını başa vuracaq.

Ucnoqta.az xəbər verir ki, bu barədə o, İnstaqram səhifəsində məlumat paylaşıb.

Futbolçu iyunun 14-dən iyulun 14-dək Almaniyada keçiriləcək Avropa çempionatının onun karyerasında sonuncu turnir olacağını bildirib.

Kroosun 34 yaşı var, o, 2014-cü ilin yayından bəri Real Madriddə oynayır və dörd dəfə Çempionlar Liqasının qalibi olub. 2014-cü ildə Kroos Almaniya millisi ilə dünya çempionatının qalibi olub.

Xəbər xətti