Məşhur aktyor 19 il əvvəl törətdiyi əmələ görə ittiham olunur

09:02 - 11 Fevral 2026 - Xəbər

Britaniyalı aktyor Noel Klark 2007-ci ildə törətdiyi iddia edilən təcavüzə cəhd ittihamı ilə həbs olunub.

Ucnoqta.az xəbər verir ki, The Times bu barədə 10 fevralda polis mənbələrinə istinadən məlumat yayıb.

Qəzetin məlumatına görə, "Doktor Kim" serialındakı rolları, "Yetkinlik" (2008) və "Ulduz Yolu Qaranlığa" (2013) filmlərindəki rolları ilə tanınan 50 yaşlı aktyor çərşənbə axşamı səhəri həyat yoldaşı İris və təyin olunmuş vəkillə birlikdə polis bölməsinə gəlib və orada 2007-ci ildə, 20 yaşlarında olan bir qadına qarşı qanunsuz hərəkətlər ittihamı ilə həbs edilib.

Klarkın polis tərəfindən dindirildiyi və girov müqabilində azadlığa buraxıldığı bildirilib. İstintaq davam edir.

Xəbər xətti