İsrail hakimiyyəti hərəkətlərini ABŞ ilə əlaqələndirmədən İrana hücum etməyə cəsarət etməyəcək.
Ucnoqta.az xəbər verir ki, bu barədə İslam Respublikası Xarici İşlər Nazirliyinin sözçüsü Esmail Baqayi bildirib.
"Təcrübə göstərir ki, İsrail rejiminin gördüyü tədbirlər həmişə ABŞ-nin razılığı və əməkdaşlığı ilə həyata keçirilir. Buna görə də, təcavüz halında İran İslam Respublikasının cavabı onları hərəkətlərindən peşman edəcək", - deyə o, həftəlik brifinqdə bildirib.