Hindistanın Rusiya neft idxalı yarıya qədər azala bilər

13:33 - 9 Fevral 2026 - İQTİSADİYYAT

ABŞ-nin təsiri ilə Hindistanın Rusiya neft idxalı təxminən yarıya qədər azala bilər.

Ucnoqta.az xəbər verir ki, bu barədə Bloomberg məlumat yayıb.

Nəşrin məlumatına görə, ticarət razılaşmasının bir hissəsi olaraq, ABŞ Hindistandan Rusiyadan birbaşa və dolayı neft alışını dayandırmağı tələb edib və idxal bərpa olunarsa, Hindistan mallarına rüsumları artıracağı ilə hədələyib. Bu fonda Hindistanın əksər neft emalı zavodları artıq yeni alışları dayandırıb.

Təchizatların gündə təxminən 1,2 milyon bareldən 400.000-500.000 barelə qədər azalacağı gözlənilir. Hindistan rəsmi olaraq detallarla bağlı şərh verməyib, lakin neft mənbələrini şaxələndirmək niyyətində olduğunu bildirib.

Xəbər xətti