Şəmkir rayonunda bıçaqlanma hadisəsi baş verib.
Ucnoqta.az xəbər verir ki, Kür qəsəbə sakinləri, 2009-cu il təvəllüdlü (17 yaş) H. Abuzərli münaqişə zəminində 2011-ci il təvəllüdlü (15 yaş) S. Məmmədliyə bıçaqla xəsarət yetirib. Xəsarət alan şəxsin vəziyyəti normaldır.
Hadisə ilə bağlı hüquq mühafizə orqanları tərəfindən araşdırma aparılır.