Amerika televiziya kanalı FOX Sports, portuqaliyalı hücumçu Kriştiano Ronaldonun "Əl-Nəsr" oyunlarını boykot etməsindən sonra Səudiyyə Ərəbistanı Premyer Liqası oyunlarının yayımını dayandırmaq qərarına gəlib.
Ucnoqta.az xəbər verir ki, bu barədə Speedline portalı məlumat verib.
Mənbəyə görə, liqa bu qərar səbəbindən qlobal media və kommersiya layihələri ilə bağlı artıq 2,4 milyard dollar zərər çəkib. FOX Sports Səudiyyə Ərəbistanı Liqasının yayımını ləğv edən ilk böyük beynəlxalq televiziya kanalıdır.
Ronaldo "Əl-Nəsr"ın son iki oyununu buraxıb. Daha əvvəl Portuqaliyanın A Bola qəzeti oyunçunun mümkün boykotundan xəbər vermişdi. Mənbəyə görə, Ronaldo xüsusən də eyni təşkilat tərəfindən idarə olunan rəqiblərlə müqayisədə, Səudiyyə Ərəbistanı Dövlət İnvestisiya Fondunun (PIF) klubu idarə etmə tərzindən narazıdır. Hücumçu hesab edir ki, komanda transfer pəncərəsi zamanı lazımi gücləndirmələri almayıb.