ABŞ Hərbi Dəniz Qüvvələrinin patrul təyyarəsi İran yaxınlığında kəşfiyyat aparıb.
Ucnoqta.az xəbər verir ki, Flightradar24 aviasiya resursunun məlumatlarına görə, ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus "P-8A Poseidon2 sualtı qayıq əleyhinə patrul təyyarəsi bazar günü İran yaxınlığında Fars körfəzi üzərindən uçub.
Təyyarə Bəhreyndəki hava bazasından havaya qalxıb. Çoxsaatlıq uçuş zamanı "P-8A Poseidon" təyyarəsi Bəhreynin şimalındakı mərkəzi Fars körfəzindəki beynəlxalq sular üzərindən BƏƏ-yə uçub.
Bu Amerika patrul təyyarəsi müntəzəm olaraq Hörmüz boğazında, Fars körfəzində və Oman körfəzində vəziyyəti izləmək üçün istifadə olunur.