UEFA Çempionlar Liqasının pley-off mərhələsinin "Nyukasl Yunayted" - "Qarabağ" qarşılaşmasının azərbaycanlı azarkeşlər üçün biletləri bu gündən satışa çıxarılacaq.
Bu barədə Ağdam təmsilçisindən məlumat verilib.
Bildirilib ki, azarkeşlər saat 15:00-dan İticket.az saytından biletləri əldə edə bilərlər.
Xatırladaq ki, fevralın 18-də UEFA Çempionlar Liqasının play-off mərhələsində "Qarabağ" Bakıda "Nyukasl Yunayted"ə qarşı ilk görüşünü keçirəcək. Cavab matçı isə fevralın 24-dən 25-nə keçən gecə İngiltərədə baş tutacaq.