Zaur Axundova cinayət işi açıldı

18:43 - 9 Fevral 2026 - Cəmiyyət

Azərbaycan Futzal Federasiyasnın (AFF) prezidenti Zaur Axundov cinayət məsuliyyətinə cəlb edilib.

Ucnoqta.az qafqazinfo-ya istinadən xəbər verir ki, Zaur Axundov xüsusilə külli miqdarda mənimsəmədə (CM-nin 179.4) ittiham edilir.

Cinayət işi üzrə istintaqı Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi aparır. Hələlik onunla bağlı məhkəmə qərarı yoxdur.

Qeyd edək ki, Zaur Axundovun qardaşı Ramin Axundov "Araz-Naxçıvan" futbol klubunun prezidentidir. O, bir müddət əvvəl 5 milyonluq siqaret qaçaqmalçılığı ilə bağlı həbs edilib.

Xəbər xətti