Şagird məktəbə balta və tapança ilə gəldi

00:01 - 10 Fevral 2026 - DİGƏR

RF Xantı-Mansi Muxtar Dairəsində bir məktəbli onu incidənlər ilə qarşılaşmaq üçün dərsə balta və pnevmatik tapança ilə gəlib.

Ucnoqta.az Rusiya mediasına istinadən xəbər verir ki, Sovetski şəhərində 14 yaşlı bir oğlan içərisində balta və pnevmatik tapança olan çanta ilə sakitcə məktəbə gəlib. Faciə baş verməzdən əvvəl müəllim oğlanın qəribə davranışını görüb çantasını götürüb və içərisində balta və pnevmatik tapança aşkar edib. Daha sonra məktəbə polis çağırılıb.

Oğlan saxlanılaraq cinayət işi açılıb. Psixoloqlar hazırda uşaqlar və onların valideynləri ilə işləyirlər.

Xəbər xətti