ABŞ-la Azərbaycan uzun müddətdir mühüm strateji əməkdaşlıq edir - Vens

19:33 - 10 Fevral 2026 - SİYASƏT

“ABŞ Prezidentinin şəxsi salamlarını Sizə və Azərbaycan xalqına çatdırıram”.

Ucnoqta.az xəbər verir ki, bu sözləri ABŞ-ın vitse-prezidenti Ceyms Devid Vens Bakıda Azərbaycan Prezidenti İlham Əliyevlə görüşdən sonra keçirilən birgə mətbuat konfransında deyib.

Vens bildirib ki, ABŞ-la Azərbaycan uzun müddətdir mühüm strateji əməkdaşlıq edir: “Bəlkə də çoxu bilmir, amma Əfqanıstandan çıxan son ölkələrdən biri Azərbaycandır. Əməliyyatları çətin şəraitdə apardıq və həmin vaxt nüfuzu qoruyub saxlaya bildik”.

Xəbər xətti