Avropa Ukraynanın Avropa Birliyinə (AB) qoşulması ilə bağlı qərar verməkdənsə, onunla strateji tərəfdaşlıq seçməlidir.
Ucnoqta.az xəbər verir ki, Macarıstanın Baş naziri Viktor Orban bu fikri X-də yazıb.
O, qeyd edib ki, Ukraynanı qəbul etmək Avropanı müharibəyə sürükləyər:
"Biz əməkdaşlığa qarşı deyilik, amma AB üzvlüyü səhv yoldur. Üzvlük yox, strateji tərəfdaşlıq məsuliyyətli seçimdir".