Suriyada terror nəticəsində ölənlərin sayı artıb

13:21 - 19 Aprel 2024 - DÜNYA

“İslam Dövləti” (İŞİD) ekstremist qruplaşmasının dəstəsi gecə saatlarında Suriyanın şərqində Suriya ordusunun əsgərləri və silahlı birləşmələrinə hücum edib.

Ucnoqta.az xəbər verir ki, Al Hadath telekanalının məlumatına görə, silahlı hücum nəticəsində ölənlərin sayı 29-a çatıb.

Bundan əvvəl 16 nəfərin terrorçuların qətliamının qurbanı olduğu bildirilirdi.

Terrorçular Homs əyalətinin Qum və Əl-Teybe şəhərlərinin məskunlaşdığı əraziləri birləşdirən magistral yolda hərbi avtobusu pusquya salıblar.

Hadisə yerinə gələn hökumətin xüsusi təyinatlı dəstəsi Suriya səhrasının dərinliklərinə çəkilən terrorçuları dəf edib. Yaralı əsgər və milislər xəstəxanaya çatdırılıb.

Xəbər xətti