Ronaldo "Əl-Nasrı"nı tərk etmək fikrində olmadığını bildirib

23:20 - 1 İyun 2023 - İDMAN

“Əl-Nasr”ın portuqaliyalı hücumçusu Kriştianu Ronaldo növbəti mövsümdə Səudiyyə Ərəbistanı çempionatında çıxışını davam etdirəcək.

Ucnoqta.az xəbər verir ki, Ronaldo bu barədə Liqanın YouTube kanalına müsahibəsində danışıb.

"Burada xoşbəxtəm, burada qalmaq istəyirəm, qalacam. İnanıram ki, futbol burada inkişaf etməyə davam edərsə, Səudiyyə Ərəbistanı Liqası dünyanın ən yaxşı beş liqasından birinə çevrilə bilər. Ümid edirəm ki, insanları məmnun edə biləcəyəm. Oyunumla, səmimi qəbul üçün təşəkkür edirəm, burada oynamaq üçün əlimdən gələni edəcəyəm”, - Ronaldo bildirib.

Qeyd edək ki, bundan əvvəl “Mundo Deportivo” qəzeti Ronaldonun “müasir cəmiyyətdən uzaq” Səudiyyə Ərəbistanının infrastrukturundan narazı olduğunu və Avropaya qayıtmaq istədiyini yazıb.

Xəbər xətti