İsmayıllıda 3 maşın toqquşub, xəsarət alan var

15:41 - 9 Dekabr 2022 - HADİSƏ

İsmayıllı rayonunda zəncirvari qəza olub.

APA-nın xəbərinə görə, İsmayıllı-Qaraməryəm avtomobil yolunda “VAZ-2106, “Mitsubishi” və “Fiat” markalı avtomobillər toqquşub.

Nəticədə sürücülərdən biri xəsarət alıb, maşınlara ciddi ziyan dəyib.

Qəzanın havanın dumanlı olması səbəbindən baş verdiyi bildirilir.

 

Xəbər xətti