DİN pişiyə işgəncə verən şəxslə bağlı araşdırma başlatdı - VİDEO

10:55 - 6 Oktyabr 2022 - HADİSƏ

Ötən gün sosial şəbəkələrdə pişiyə işgəncə verən şəxsin görüntüləri yayılıb. Şəxs pişiyi maşının arasında sıxaraq, təpikləyib.

Məsələ ilə bağlı Daxili İşlər Nazirliyi Oxu.Az-ın sorğusuna cavab verib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Nurlan Əliyev məlum videodan xəbərdar olduqlarını deyib:

“Sosial şəbəkələrdə yayılan görüntülərdən məlumatlıyıq. Araşdırma aparılır”.

 

Xəbər xətti