Hər axşam Azərbaycanda minlərlə dollar "TikTok" ödənişləri olur

"TikTok"da atılan jetonlardan tutulan komissiya 50%-dir. Yəni siz bir müğənni, bloger, yaxud rəqəmsal pul yığına 20 dollar göndərirsinizsə, 10 dolları Çinə gedir. Hər axşam Azərbaycanda minlərlə dollar "TikTok" ödənişləri olur".

Ucnoqta.az xəbər verir ki, bu sözləri texnobloger Fərid Pərdəşünas deyib. Ekspert bildirir ki, "TikTok" Azərbaycan dövlətinə vergi vermir, bunu da vətəndaş edir:

"Təəssüf ki, "TikTok" Azərbaycan üçün nə qədər qazandığını açıqlamır. İşin maraqlı tərəfi odur ki, "TikTok" Azərbaycan dövlətinə vergi də ödəmir. Vergini öz vətəndaşlarımız 18% ƏDV olmaqla ödəyir. Yəni "TikTok"da bir adama jeton göndərən istifadəçi həm 50% "TikTok"a komissiya, həm də 18% Azərbaycan dövlətinə vergi ödəyir. Bizdən fərqli olaraq, Türkiyə "TikTok"u vergiləndirməyə məcbur edib. "TikTok" Türkiyə ofisi Türkiyə hökümətinə 2021-ci ildə qazandığı 1.2 milyard lirəyə görə 92.9 milyon lirə rəqəmsal xidmət vergisi verib".

"10 milyonluq kiçik bazar olduğumuz üçün nə "TikTok", nə "Facebook", nə "Google" bizdə ofis açmır və dövlətlə hesablaşmır. Yalnız "Microsoft" ofisi fəaliyyət göstərir. Onlar da dövlət qurumlarına lisenziya satmaqla yalnız buradan pul daşımaqla məşğuldurlar. Ermənistanda innovasiya mərkəzi olan "Microsoft" Azərbaycandan pullar aparmasına baxmayaraq, bir dənə mərkəz açıb bizə fayda vermir", - deyə Fərid Pərdəşünas əlavə edib.

Tarix
14 Avqust 2022 [13:51]
Müəllif
Üç nöqtə
2022-08-14 13:51:41
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
İnternetin sürətindən razısınız?
 bəli
 xeyr
 qismən
 bilmirəm
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin