Bakıda 33 müntəzəm marşrut xəttinin hərəkət istiqaməti dəyişdiriləcək

13:54 - 25 İyun 2022 - Xəbər

26 iyun - Azərbaycanın Silahlı Qüvvələr günü ilə əlaqədar hərbi orkestrlərin Bakı şəhərinin küçə və prospektlərində, 5 marşrut üzrə yürüş keçiriləcək.

Bu barədə Ucnoqta.az Bakı Nəqliyyat Agentliyinə istinadən məlumat verib.

Məlumata görə, yürşün hərəkət trayektoriyası ilə nəqliyyat vasitələrinin hərəkətinə tətbiq olunacaq məhdudiyyətlə əlaqədar 33 müntəzəm marşrut xətti üzrə (1, 2, 3, 4, 5, 6, 10, 14, 17, 18, 21, 30, 32, 33, 37, 39, 46, 49, 52, 53, 61, 65, 77, 79, 88, 96, 125, 127, 175, 205, 206, 88A və H1 nömrəli marşrular) avtobusların hərəkəti alternativ küçələrdən keçməklə təmin olunacaq.

Xəbər xətti