Goranboyda qəbiristanlıqlardan oğurluq edənlər tutulub

Goranboy rayonunda qəbiristanlıqlardan oğurluq edən şəxslər müəyyən edilib.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Ucnoqta.az-a verilən xəbərə görə, Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Dəyirminlar kənd qəbristanlığındakı qəbirlərdən birinin ətrafına çəkilmiş dəmir məhəccəri oğurlamaqda şübhəli bilinən Qarasuçu kənd sakini, əvvəllər məhkum olunmuş K.Həsənov saxlanılıb. Ətrafında aparılan əməliyyat tədbirləri ilə onun həmkəndlisi A.Bayramovla birgə müxtəlif vaxtlarda daha 6 qəbirin ətrafına çəkilən dəmir məhəccərləri oğurlaması da müəyyən edilib.

Əməliyyat tədbirləri ilə A.Bayramov da polis əməkdaşları tərəfindən saxlanılıb.

Tarix
4 Dekabr 2021 [12:56]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2021-12-04 12:56:37
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
İnternetin sürətindən razısınız?
 bəli
 xeyr
 qismən
 bilmirəm
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin