Bakıda iki minik avtomobili toqquşub

23:59 - 26 Fevral 2021 - HADİSƏ

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Xəzər rayonunda “Mercedes” və “Hyundai” markalı iki minik avtomobili toqquşub.

Nazirlikdən Ucnoqta.az-a verilən məlumata görə, hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri sıxılı vəziyyətdə sürücünü deformasiyaya uğrayan "Mercedes" markalı minik avtomobilindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Xəbər xətti