Əfv Məsələləri Komissiyasının növbəti iclasının vaxtı məlum oldu

17:33 - 25 Fevral 2021 - Xəbər

Azərbaycan Prezidenti yanında Əfv Məsələləri Komissiyasının növbəti iclasının nə vaxt keçiriləcəyi məlum olub.

Ucnoqta.az Trend-ə istinadən bildirir ki, komissiyanın növbəti toplantısının fevralın 27-də keçirilməsi nəzərdə tutulur.

Qeyd edək ki, indiyədək komissiyanın 3 iclası keçirilib və daxil olan müraciətlərin 350-dən çoxuna baxılıb.

Xəbər xətti