Martda Kiyev-Bakı aviareysi bərpa oluna bilər

16:40 - 24 Fevral 2021 - Xəbər

"Ukraine International Airlines" (UIA) aviaşirkəti bu ilin martın 13-dən etibarən Kiyevdən Bakıya birbaşa uçuşları bərpa edə bilər.

"APA-Economics"in Ukrayna mətbuatına istinadən verdiyi məlumata görə, bu barədə şirkətin elanında deyilir.

Məlumata görə, şirkət Kiyevdən Bakıya aviareyslərin aprelin sonunadək həftədə iki dəfə (çərşənbə axşamı və şənbə günləri) həyata keçirilməsini planlaşdırır. UIA artıq sözügedən aviareysə aviabiletlərin satışını açıq elan edib.

Xəbər xətti