Tərtərdə evə mərmi düşdü, ev sahibi ağır xəasrət aldı

10:08 - 19 Oktyabr 2020 - HADİSƏ

Ermənistan silahlı qüvvələri Tərtər rayonunu atəşə tutmaqda davam edir.

Trend-in məlumatına görə, mərmilərdən biri rayonun Ələsgərli kənd sakini Niyaz Səlimovun evinə düşüb.

Nəticədə ev dağılıb, ev sahibi isə ağır xəsarət alıb.

 

Xəbər xətti