"Ermənistan regionda sabitlik üçün əngəldir"- Ərdoğan

“İyulda Azərbaycan ərazisinə hücum edən Ermənistan Cənubi Qafqazda daimi sülh və sabitliyin qarşısındakı əngəl olduğunu bir daha sübut edib”.

Bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan BMT Baş Assambleyasının videoformatda keçirilən sessiyasında bildirib.

“Dağlıq Qarabağ problemi başda olmaqla bölgədəki münaqişələrin Azərbaycan və Gürcüstanın ərazi bütövlüyü və suverenliyi ilə BMT və ATƏT-in qərarları çərçivəsində tez bir zamanda həll edilməsinin tərəfdarıyıq. Cənubi Asiyanın sabitliyi üçün önəm daşıyan Kəşmir problemi hələ də həllini tapmayıb. Cəmmu-Kəşmirin xüsusi statusunun ləğvindən sonra atılan addımlar problemi daha da dərinləşdirib. Bu məsələnin dialoq yolu ilə BMT qərarları çərçivəsində və xüsusilə Kəşmir xalqının gözləntiləri çərçivəsində həllinin tərəfdarıyıq”, - o deyib. ///report

Tarix
22 Sentyabr 2020 [18:47]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2020-09-22 18:47:19
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Tibbi maskalardan istifadə edirsiniz?
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin