Ulduz futbolçu kuboku əlindən yerə salıb sındırdı

Son illərdə kuboku qazanan komandanın mükafatı əlindən salıb sındırması dəfələrlə yaşanıb. Apasport.az saytının məlumatına görə, növbəti belə hadisə İngiltərə kubokunun finalında baş verib. “Çelsi” üzərində 2:1 hesablı qələbədən sonra ölkə kubokunu qazanan “Arsenal” mükafatla düzgün rəftar etməyib. Komandanın kapitanı və finaldakı dublun müəllifi Pyer-Emerik Obameyanq kuboku əlindən salıb. Zərbədən mükafatın aşağı hissəsi qopub. Qeyd edək ki, bir neçə gün əvvəl Rusiya kubokunun finalındakı qələbədən sonra “Zenit” futbolçuları da mükafatı əlindən yerə salmışdı.
Tarix
2 Avqust 2020 [00:03]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2020-08-02 00:03:40
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Tibbi maskalardan istifadə edirsiniz?
 bəli
 Xeyr
 Qapalı yerlərdə istifadə edirəm
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin