Azərbaycanda koronavirusla bağlı aparılan testlərin sayı açıqlandı

23:52 - 12 İyul 2020 - Xəbər

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) Azərbaycanda koronavirusla bağlı iyulun 12-nə olan statistik göstəriciləri açıqlayıb.

Məlumatda bu gün ərzində Azərbaycanda koronavirusla bağlı 7 878 test edildiyi bildirilib.

Qeyd olunub ki, ölkə ərazisində indiyə qədər 568 234 test aparılıb. Aktiv xəstə sayı 8 642 nəfərdir, onlardan 356 nəfər reanimasiyadadır, 58 nəfər isə süni tənəffüs aparatına qoşulub.

Xəbər xətti