Bu gün Qobustan seysmoloji stansiyasından 34 kilometr cənub-qərbdə - Şamaxı rayonunda maqnitudası 3.1 olan zəlzələ baş verib.
Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən verilən məlumata görə, yeraltı təkanlar yerli vaxtla saat 17:21-də qeydə alınıb.