İordaniya hakimiyyəti “Müsəlman Qardaşlar” islamçı hərəkatını ölkədə fəaliyyətini qadağan etmək, əmlakını müsadirə etmək və krallıqdakı bütün ofislərini bağlamaq qərarına gəlib.
Ucnoqta.az xəbər verir ki, bu barədə ölkənin daxili işlər naziri Mazen Faraya Əmmanda keçirdiyi mətbuat konfransında bildirib.
“İordaniya hökuməti “Müsəlman Qardaşlar” hərəkatının buraxıldığını elan edir və xüsusi xidmət orqanları dövlətə qarşı cinayət planını aşkar etdikdən sonra bu qruplaşmanı qanunsuz elan edir”, - Daxili İşlər Nazirliyinin rəhbəri bildirib.
Nazirin sözlərinə görə, qrup üzvləri ölkədə sabitliyi pozmağa yönəlmiş gizli fəaliyyətlə məşğul olublar.///tass