Mərkəzi Bank uçot dərəcəsi ilə bağlı QƏRAR VERDİ

10:09 - 23 Aprel 2025 - İQTİSADİYYAT

Azərbaycan Mərkəzi Bankı (AMB) aprelin 23-də uçot faiz dərəcəsi ilə bağlı qərarını açıqlayıb.

Ucnoqta.az xəbər verir ki, Mərkəzi Bankın İdarə Heyəti uçot dərəcəsini 7,25%, faiz dəhlizinin aşağı həddini 6,25%, faiz dəhlizinin yuxarı həddini isə 8,25% səviyyəsində dəyişməz saxlayıb.

Qeyd edək ki, Mərkəzi Bank ötən ilin mayından indiyə kimi verdiyi qərarlarda uçot dərəcəsini sabit saxlayıb.

Xəbər xətti