Yəmənin “Ənsar Allah” üsyançı hərəkatının husiləri ABŞ-nin “Harry Truman” və “Carl Vinson” aviadaşıyıcılarına, eləcə də onları müşayiət edən gəmilərə zərbələr endirib.
Ucnoqta.az xəbər verir ki, müvafiq bəyanat üsyançıların yaratdığı silahlı qüvvələrin nümayəndəsi Yəhya Sariyanın Telegram kanalında dərc olunub.
Bildirilir ki, Raket Qüvvələri, Pilotsuz Təyyarə Qrupu və Hərbi Dəniz Qüvvələri qanadlı raketlər və pilotsuz uçuş aparatlarından istifadə etməklə, ABŞ-ın “Harry Truman” və “Carl Vinson” aviadaşıyıcılarına və onları müşayiət edən gəmilərə qarşı Qırmızı və Ərəb dənizlərində iki hərbi əməliyyat keçirib”