Hindistanın paytaxtı Dehlidə polisə Hindistanın şimalında yerləşən Cammu və Kəşmirdə azı 27 nəfərin ölümünə səbəb olan atışmadan sonra təhlükəsizliyi gücləndirmək əmri verilib.
Ucnoqta.az xəbər verir ki, bu barədə ANI agentliyi məlumat yayıb.
Atışma bölgəyə gələnlər arasında məşhur yer olan və burada Kiçik İsveçrə adlanan Pahalqamda baş tutub. Baysaran vadisində xaki rəngli geyimli silahlı şəxslər turistlərə AK-47 tüfəngindən atəş açıb. Hücum edənlər qaça biliblər. Hindistan təhlükəsizlik qüvvələri ərazini mühasirəyə alıb.
Şübhəlilərin axtarışı davam etdirilir.