Odessada silsilə partlayışlar baş verib

00:02 - 22 Aprel 2025 - DÜNYA

Ukraynanın cənubundakı Odessada partlayışlar baş verib.

Ucnoqta.az xəbər verir ki, bu barədə şəhər meri Gennadi Truxanov məlumat verib.

“Şəhərdə partlayış səsləri eşidilir”, o, Telegram kanalında yazıb.

Daha sonra Truxanov Odessada yeni partlayışlar barədə məlumat verib.

"Public. News" nəşri şəhərdə silsilə partlayışların baş verdiyini yazıb.
Əlavə məlumat verilməyib.

Xəbər xətti