Hidayət Heydərov millidən çıxarıldı

10:52 - 22 Aprel 2025 - İDMAN

Avropa çempionatında çıxış edəcək milli komandamızın heyətində dəyişiklik olub. 

Ucnoqta.az xəbər verir ki, Olimpiya, dünya və dördqat Avropa çempionu Hidayət Heydərov xəstələndiyi üçün həkimlərin qərarı ilə heyətdən çıxarılıb.

Hidayəti Avropa çempionatında Rəşid Məmmədəliyev (-73 kq) əvəz edəcək.

Qeyd edək ki, cüdo üzrə böyüklər arasında Avropa çempionatı 23-27 aprel tarixlərində Monteneqroda keçiriləcək. Mötəbər turnirdə ölkəmizi 15 cüdoçu (9 kişi, 6 qadın) təmsil edəcək.

Xəbər xətti