Qızılın qiymətindən rekord bahalaşma

07:44 - 22 Aprel 2025 - İQTİSADİYYAT

Comex birjasında (Nyu-York əmtəə birjasının bölməsi) 2025-ci ilin iyun ayında tədarükü üçün qızıl fyuçerslərinin qiyməti tarixi maksimumunu yeniləyərək bir troy unsiyası üçün 3500 dollardan yuxarı qalxıb.

Bu barədə Ucnoqta.az ticarət platforması məlumatlarına istinadən xəbər verir. 

Məlumata görə, qızılın qiyməti 4,59% artaraq 1 unsiya üçün 3500,1 dollar olub. Saat 06:35-də qızıl artımını ləngitdi və bir unsiya üçün 3 495,6 dollara (4,56% artım) ticarət edildi.

Xəbər xətti