Rusiyanın xarici işlər naziri Sergey Lavrov aprelin 22-23-də Özbəkistanda rəsmi səfərdə olacaq.
Ucnoqta.az xəbər verir ki, Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib ki, səfər zamanı ölkə prezidenti ilə söhbət, həmçinin Özbəkistanın xarici işlər naziri ilə danışıqlar planlaşdırılır.
Danışıqlar zamanı nazirlər həmçinin beynəlxalq məsələləri, regional təhlükəsizlik, ŞƏT, MDB və Mərkəzi Asiya - Rusiya çərçivəsində əməkdaşlıq, eləcə də Böyük Vətən Müharibəsində Qələbənin 80 illiyinin qeyd edilməsinə hazırlıq məsələlərini müzakirə edəcəklər.