ABŞ prezidentinin xüsusi elçisi Stiven Uitkoff bu həftə Rusiyaya səfər edəcək və orada Rusiya lideri Vladimir Putinlə görüşməyə ümid edir.
Ucnoqta.az xəbər verir ki, bu barədə Ağ Evin mətbuat katibi Karolin Levitt jurnalistlər üçün keçirdiyi növbəti brifinqdə bildirib.
"Mən prezident və Stiven Uitkoff ilə indicə Oval kabinetdə idim. Onlar istəyirdilər ki, hamı bilsin ki, danışıqlar prosesi davam edir. Biz düzgün istiqamətdə hərəkət etdiyimizə ümid edirik", - Levitt əlavə edib.