Aprelin 22-də Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin (MÜTDA) direktoru Eşqi Bağırov Mil-Muğan Regional Təhsil İdarəsinə səfəri çərçivəsində idarənin yeni təyin olunmuş müdiri Bəhruz Nəbilini kollektivə təqdim edib.
Ucnoqta.az MÜTDA-ya istinadən xəbər verir ki, tədbirdə çıxış edən Eşqi Bağırov Bəhruz Nəbilini təbrik edərək ona göstərilən etimadın böyük məsuliyyət tələb etdiyini qeyd edib.
Agentlik direktoru, həmçinin ölkəmizdə təhsil sahəsində son illər ərzində həyata keçirilən islahatlara və əldə olunan nailiyyətlərə toxunub və bu təyinatın regionda təhsilin keyfiyyətinin yüksəldilməsinə töhfə verəcəyinə inandığını qeyd edib.
Bəhruz Nəbili isə öz növbəsində ona göstərilən etimada görə təşəkkürünü bildirib və qarşıya qoyulan məqsədlərin reallaşdırılması üçün üzərinə düşən vəzifələri məsuliyyətlə yerinə yetirəcəyini qeyd edib.