“Binanın tikintisi imkan verməlidir ki, çöldə havanın temperaturu müsbət 8 dərəcədə olanda otaqda temperatur 22 dərəcə, xəstəxanalarda 22 dərəcə, məktəblərdə 20-21 dərəcə olsun”.
Ucnoqta.az Apa-ya istinadən xəbər verir ki, bunu Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin bu gün keçirilən iclasında “Azəristiliktəchizat” ASC-nin sədr əvəzi İlham Mirzəyev deyib.
Sədr əvəzi bildirib ki, binanın tikintisində buna əməl olunmadığı üçün “çöldə 10 dərəcə istilikdə deyirlər ki, ay aman, istilik yoxdur, istiliyi qoşmaq lazımdır”.
“Sovet dövründə yüzlərlə kommunal tədqiqat institutu olub. Çox təəssüf ki, Azərbaycanda bu istiqamətdə yeni institut yoxdur. Kommunal problemləri araşdıran istiqamətdə institut fəaliyyət göstərmir”, - deyə o qeyd edib.