"Yuventus" İtaliya çempionatının 33-cü turu çərçivəsində səfərdə "Parma"ya 0:1 hesabı ilə uduzub.
Ucnoqta.az xəbər verir ki, qolu Mateo Pelleqrino (45+1-ci dəqiqə) vurub. “Parma” sonuncu dəfə 2015-ci ilin aprelində “Yuventus”a qalib gəlib (1:0).
"Yuventus" 59 xalla A Seriyasının turnir cədvəlində 5-ci yerdədir. "Parma" 31 xalla 15-ci yerdədir.
Növbəti mərhələdə “Yuventus” aprelin 27-də “Monza”nı, bir gün sonra isə “Parma” səfərdə “Latsio”nu qəbul edəcək.