Sabah, aprelin 25-də Kiyevdə matəm günü elan ediləcək.
Ucnoqta.az xəbər verir ki, bu barədə Kiyev meri Vitali Kliçko deyib. Kliçko düşmənin paytaxta kütləvi hücumu nəticəsində həlak olanların xatirəsinə matəm elan diləcəyini bildirib.
Qeyd edək ki, Rusiyanın Ukraynanın paytaxtı Kiyev şəhərinə hava hücumu zamanı 9 nəfər həlak olub, 63 nəfər xəsarət alıb. Paytaxtın bir neçə ərazisində mülki infrastruktura ziyan dəyib.