İstanbulda dağıdıcı zəlzələ olacaq - Seysmoloq AÇIQLADI

10:30 - 24 Aprel 2025 - Cəmiyyət

Türkiyəli seysmoloq Əhməd Ərcan İstanbulda baş verən son zəlzələni yaxın onilliklərdə daha güclü yeraltı təkanlar ehtimalı ilə əlaqələndirib.

Ucnoqta.az RİA Novosti-yə istinadən xəbər verir ki, Ercan İstanbul sahillərində Mərmərə dənizində baş verən 6,2 bal gücündə zəlzələnin daha güclü seysmik hadisənin xəbərçisi olduğunu bildirib.

Ekspertin sözlərinə görə, 2045-2075-ci illər arasında Trakya bölgəsində 7-7,2 bal gücündə zəlzələ gözlənilir. Ərcan yeni zəlzələnin episentrinin 7-13 kilometr dərinlikdə yerləşəcəyini və onun gücünün indiki zərbənin gücünü 22 dəfə keçə biləcəyini vurğulayıb. Mütəxəssis 1999-cu ildən sonra tikilmiş müasir binalarda, eləcə də qruntu bərk ərazilərdə yaşayan sakinlərə sakit olmağı, təhlükəsizlik tədbirlərinə riayət etməyi tövsiyə edir.

Seysmoloqlar Birliyinin və İstanbul Bələdiyyəsinin hesablamalarına görə, 7,5 bal gücündə mümkün zəlzələ ən azı 90 min binanın dağılmasına və 4,5 milyon insanın müvəqqəti olaraq köçməsinə səbəb olacaq. Ümumi iqtisadi zərər 325 milyard dollardan çox ola bilər.

Xəbər xətti