Tramp Rusiyanın Ukraynaya kütləvi zərbə endirməsindən narazıdır

16:51 - 24 Aprel 2025 - DÜNYA

ABŞ prezidenti Donald Tramp Rusiyanın Ukraynadakı hərbi obyektlərə kütləvi zərbə endirməsindən narazı olduğunu bildirib və münaqişənin sülh yolu ilə həllinin tərəfdarı olduğunu deyib.

Ucnoqta.az xəbər verir ki, Amerika lideri bu barədə “Truth Social”da yazıb.

 “Rusiyanın Kiyevə endirdiyi zərbələrdən narazıyam. Ehtiyac yoxdur. Vaxt uyğun vatda seçilməyib", - Tramp qeyd edib.

Bununla bağlı o, Rusiya prezidenti Vladimir Putini bu cür zərbələri dayandırmaq üçün göstəriş verməyə çağırıb. “Gəlin sülh sazişi bağlayaq”, - ABŞ administrasiyasının rəhbəri əlavə edib.

Xəbər xətti