Hindistan hökuməti Pakistan vətəndaşlarına vizaların verilməsini dərhal dayandırmaq qərarına gəlib və aprelin 27-dən əvvəllər verilmiş sənədləri ləğv edəcək.
Ucnoqta.az xəbər verir ki, bu barədə Hindistanın Xarici İşlər Nazirliyi məlumat yayıb.
Nazirliyin məlumatında bildirilir ki, Pahalqam terror hücumundan sonra Nazirlər Kabinetinin Təhlükəsizlik Şurasının qəbul etdiyi qərarların davamı olaraq, Hindistan hökuməti Pakistan vətəndaşlarına vizaların verilməsini dərhal dayandırmaq qərarına gəlib", - məlumatda deyilir.
Qeyd olunur ki, Hindistanın Pakistan vətəndaşlarına verdiyi bütün etibarlı vizalar 27 aprel 2025-ci il tarixindən etibarən ləğv ediləcək.